İsrail terror təhlükəsi səbəbindən Misirlə sərhədi bağlayıb

İsrail terror təhlükəsi səbəbindən Misirlə sərhədi bağlayıb

İsrail öz vətəndaşların Sinay yarımadasına getməsinin qarşısını almaq üçün Misirlə sərhəddə yerləşən "Taba” keçidini bağlayıb

Bu addım Misirin həmin hissəsində son illər turistlərə qarşı artan terror təhlükəsi ilə izah olunur.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Eylata şəhərinin cənub kənarında Qırımızı dəniz sahilində yerləşən sərhəd keçidi yəhudilərin aprelin 10-da başlayan və aprelin 18-dək davam edəcək "Pesax” bayramı ərzində İsrail vətəndaşları üçün bağlı qalacaq.

Bu ərəfədə İsrailin Milli Təhlükəsizlik Şurası nəzdində fəaliyyət göstərən terror əleyhinə qərargah Sinay yarımadasında turistlərə qarşı terror hücumu təhlükəsi barədə ilin əvvəlindən bəri üçüncü dəfə xəbərdarlıq edib və vətəndaşlarını təcili olaraq vətənlərinə qayıtmağa çağırıb.
 
Aktual.az
Xəbər 223 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR