İsrail səfirliyi: Lapşinin işi ilə bağlı prosesləri izləyirik

İsrail səfirliyi: Lapşinin işi ilə bağlı prosesləri izləyirik
  • DÜNYA

"Biz Aleksandr Lapşinin işi ilə bağlı prosesləri yaxından izləyirik”

APA-nın xəbərinə görə, bunu İsrailin Azərbaycandakı səfirinin müavini Amir Rom deyib. O bildirib ki, səfirlik diplomatik və konsulluq kanalları ilə müvafiq qurumlarla əlaqədədir.

Qeyd edək ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan blogger Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu A. Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib. A. Lapşin Belarusda saxlanılıb. Belarus baş prokurorunun müavini Azərbaycan tərəfinin ekstradisiya tələbini haqlı sayıb. A. Lapşinin vəkili bu qərardan Minsk Şəhər Məhkəməsinə şikayət edib. Lakin Minsk Şəhər Məhkəməsi Baş Prokurorluğun qərarını əsaslı sayıb. Bu qərardan isə Ali Məhkəməyə şikayət verilib. Ali Məhkəmə şikayəti təmin etməyib.

A. Lapşin ötən gün Azərbaycana ekstradisiya edilib.
 
Aktual.az
Xəbər 483 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR