İspaniya kraliçası 90 dollarlıq don geyindi - FOTO

İspaniya kraliçası 90 dollarlıq don geyindi - FOTO
  • DÜNYA

Kraliça Letisiya bir daha sübut edib ki, təmtəraqlı görünmək üçün bahalı moda evlərindən geyinmək şərt deyil.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, İspaniya kralı VI Filippin həyat yoldaşı Madriddə öz iqamətgahında qonaqları qəbul edib. O, tədbirə "Zara” moda evindən 90 dollarlıq şifon don geyinib.
Kraliça zümrüd rəngli paltarının üzərindəki iri güllərə uyğun zamşa ayaqqabı seçib. O, dəstini giləmeyvə bənövşəyi və tünd yaşıl qaşlı sırğalarla tamamlayıb.
Yüngül bənövşəyi rəng obraza zənginlik verib. Dəb ekspertləri qeyd ediblər ki, birinci dəfə deyil ki, İspaniya kraliçası demokratik brendlərdən geyinir. Bununla belə onun seçimi çox uğurlu alınıb.


Xəbər 537 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR