İslamiada: Sərbəst güləşçilərimiz 4 qızıl, 2 gümüş, 1 bürünc qazandı

İslamiada: Sərbəst güləşçilərimiz 4 qızıl, 2 gümüş, 1 bürünc qazandı

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Cəmaləddin Məhəmmədov qızıl medal qazanıb.

Aktual.az  xəbər verir ki, 125 kq çəki dərəcəsindəki Məhəmmədov finalda qazaxıstanlı Daulet Şabanbaya qalib gəlib - 12:8.
Beləliklə, Azərbaycan sərbəst güləşçiləri İslamiadanı 4 qızıl, 2 gümüş, 1 bürünc medalla başa vurublar. Qızıl medallara Cəmaləddin Məhəmmədovdan əlavə, Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (61 kq) və Nurmaqomed Hacıyev (97 lq), gümüş medallara Məhəmməd Müslümov (65 kq) və Murtuzəli Müslümov (70 kq), bürünc medala isə Şərif Şərifov (86 kq) yiyələnib.
 
Aktual.az
Xəbər 620 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR