İslamiada: Azərbaycanın stolüstü tennisçisi bürünc medal qazanıb

İslamiada: Azərbaycanın stolüstü tennisçisi bürünc medal qazanıb

Azərbaycanın stolüstü tennis yığması IV İslam Həmrəyliyi Oyunlarında ilk medalını qazanıb. 

Aktual.az-ın Report-a istinadən məlumatına görə, qadınların fərdi mübarizəsində Miao Vanq bürünc medala sahib olub. 

O, 3-cü yer uğrunda görüşdə iranlı Neda Şahsavariyə qalib gəlib - 4:1 (13:11, 11:3, 8:11, 11:7, 19:17).

Qeyd edək ki, saat 17:00-da Azərbaycanın daha bir qadın stolüstü tennisçisi Jinq Ninq final görüşünə çıxacaq. O, türkiyəli Melek Hu ilə qarşılaşacaq.  
 
Aktual.az
Xəbər 534 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR