“İslam terror aktlarına görә mәsuliyyәt daşımır”

“İslam terror aktlarına görә mәsuliyyәt daşımır”

“İSESCO ilə Azərbaycan arasında yüksək və səmərəli əməkdaşlıq var və biz bu məhsuldar əməkdaşlıqdan fərəh hissi keçiririk”.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri İSESCO İcraiyyə Şurasının Bakıda keçirilən 36-cı sessiyasında çıxışı zaman deyib.

O, Azərbaycanın İSESCO-nun fəaliyyətinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Ə.O.əl-Tüveycri qeyd edib ki, Azərbaycan bütün sivilizasiyalara öz mesajını göndərib və bu da dünyada sülhün və əməkdaşlığın təşviq edilməsidir.

O bildirib ki, İSESCO son onillik ərzində əhəmiyyətli işlər görüb. Ə.O.əl-Tüveycri təşkilatın növbəti illər üçün 3 illik planda əks olunan işlərindən danışıb.

Ə.O.əl-Tüveycri qarşıda duran işlərin həyata keçirilməsində İSESCO-ya üzv dövlətlərin fəal olmalarının vacibliyini bildirib.

Ə.O.əl-Tüveycri müsəlman ölkələrində baş verən münaqişələrdən və çoxlu sayda insan itkilərindən də danışıb. O qeyd edib ki, İSESCO bu münaqişələr nəticəsində elm və təhsil imkanlarından məhrum olmuş insanlara kömək etməli və onların bu məhrumiyyətlərinin aradan qaldırılmasına öz dəstəyini verməlidir.

O bildirib ki, İSESCO Qərb mətbuatında İslam haqqında verilən səhv mesajlarının qarşısını almalıdır: “İslam dini haqqında yanlış məlumat yayan dairələrə qarşı mübarizə aparmalıyıq. Bəzi beynəlxalq təşkilatlarda bizim fəaliyyətimiz qənaətbəxş hesab edilə biıməz. Biz göstərməliyik ki, İslam dini sülh, mədəniyət, təhsil, savad dinidir. Biz çalışmalıyıq ki, dünya İslamın mahiyyətini düzgün anlasın. Eyni zamanda, göstərməliyik ki, biz də dünyada ekstremizimin, terrorizmin qarşısını almaqda köməklik edə bilərik”.

Xəbər 429 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR