İslam oyunlarında bu xəstəxanalar tibbi xidmət göstərəcək

İslam oyunlarında bu xəstəxanalar tibbi xidmət göstərəcək

Səhiyyə naziri Oqtay Şirəliyev prezident İlham Əliyevin 18 sentyabr 2015-ci il tarixli "IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” sərəncamının icrası məqsədi ilə əmr imzalayıb

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, "2017-ci ildə Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının tibbi təminatı barədə” imzalanmış əmrə əsasən Səhiyyə Nazirliyində Təşkilat Komitəsi yaradılacaq.
 
Əmrə əsasən səlahiyyətli şöbə rəhbərlərinə yarış iştirakçılarına və qonaqlara keyfiyyətli tibbi yardımın göstərilməsi məqsədi ilə Bakı şəhəri Klinik Tibbi Mərkəzinin, Bakı Sağlamlıq Mərkəzinin müəyyənləşdirilməsi, zəruri tibbi avadanlıqlar, dərman və tibbi ləvazimatlarla, həmçinin laborator  diaqnostikumlarla təmin olunması, müvafiq tibbi kadrların peşəkarlığın artırılması istiqamətində təlimlərə cəlb etmək, iştirakçı dövlətlərin nümayəndə heyətləri üçün ayrılacaq yaşayış və iaşə müəssisələrində sanitariya-gigiyenik qaydaların nəzarətə götürülməsi kimi tapşırıqlar verilib.
 
Aktual.az
Xəbər 289 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR