İslam İnkişaf Bankının Azərbaycana ayırdığı pulun – MƏBLƏĞİ

İslam İnkişaf Bankının Azərbaycana ayırdığı pulun – MƏBLƏĞİ

"İslam İnkişaf Bankı Azərbaycanda 18 layihənin həyata keçirilməsinə təqribən 1 milyard dollar ayırıb”.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda Azərbaycan Beynəlxalq investisiya konfransında deyib.

Nazir qeyd edib ki, 18 layihədən 14-ü artıq reallaşdırılıb, 4 layihə isə həyata keçirilmə prosesindədir.

Ş.Mustafayev əlavə edib ki, Azərbaycanla İslam İnkişaf Bankının münasibətləri yüksək səviyyədədir:

"Ümumilikdə, müsəlman ölkələri ilə əməkdaşlığa gəldikdə, bu ölkələrin hamısı Azərbaycanın Dağlıq Qarabağ üzrə ədalətli mövqeyini müxtəlif səviyyələrdə dəstəkləyir və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edir”.
 
Aktual.az 
Xəbər 634 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR