İŞİD tərəfində döyüşən azərbaycanlılar – YENİ VİDEO

İŞİD tərəfində döyüşən azərbaycanlılar   – YENİ VİDEO

“Həmzə” adlı azərbaycanlı xüsusi olaraq təqdim edilib.

Suriyada döyüşlərdə iştirak edən azərbaycanlı terrorçuların yeni videogörüntüsü yayılıb.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, videoda “İraq-Şam İslam Dövləti” terrorçu qruplaşmasına daxil olan azərbaycanlı yaraqlıların yeni əməliyyata hazırlaşdıqları görüntülənib.

Videoda “İraq-Şam İslam Dövləti” silahlı qruplaşmasının üzvü “Həmzə” adlı azərbaycanlı xüsusi olaraq təqdim edilir. Bundan başqa azərbaycanlılarla birgə Türkiyə vətəndaşları da görüntülərdə əks olunub.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində döyüşlərə başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 150-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu terrorçular tərəfindən sosial şəbəkələrdə yayılıb.

Xəbər 606 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR