İŞİD-in "paytaxt"ı Rakka terrorçulardan azad edildi

İŞİD-in
  • DÜNYA

Uzun müddət İŞİD-in əlində olan, terrorçuların "paytaxt" elan etdikləri Suriyanın Rakka şəhəri azad edilib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə terrorçuların fəaliyyətinin analizi ilə məşğul olan "Directorate 4" məlumat yayıb.

Terrorçuların Rakkanın zəbt etdikləri sonuncu rayonundan çıxarıldığını göstərən video çarx da yayımlanıb.
 
Hazırda Rakkanın tam olaraq Suriya Demokratik Qüvvələrinin (ABŞ-ın dəstək verdiyi ərəb-kürd dəstələri) nəzarəti altında olduğu bildirilir.
 
Aktual.az
Xəbər 316 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR