İŞİD-in hücumu nəticəsində 30-dan çox adam həlak oldu

İŞİD-in hücumu nəticəsində 30-dan çox adam həlak oldu

İŞİD terror qruplaşması İraqın Mosul şəhərindən 100 kilometr cənubda yerləşən Şirkat şəhərinə hücum edib.

Aktual.az xəbər verir ki, hadisə şənbə günü baş verib. İraq polisinin xəbərinə görə, hücum nəticəsində azı 30 nəfər həlak olub. Ölənlər arasında hərbçilərlə yanaşı, mülki şəxslər də var.
"Reuters" isə hücum nəticəsində daha 40 nəfərin yaralandığını xəbər verib. Agentliyin xəbərində bildirilir ki, İraq hərbçiləri terrorçuların hücumunu dəf edib və İŞİD-in 10-dan çox silahlısı məhv edilib. (report)
 
Aktual.az
Xəbər 394 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR