İşdən çıxarılan polis rəisinin ölümü ilə bağlı YENİ FAKTLAR

İşdən çıxarılan polis rəisinin ölümü ilə bağlı YENİ FAKTLAR

Bu gecə Göyçay rayonunda polis zabitinin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb.
 
Lent.az xəbər verir ki, rayonun Çayarxı kənd sakini, sərəncamda olan polis zabiti 1979-cu il təvəllüdlü Məmmədov Xəyal Xanlar oğlunun sürdüyü "Toyota Camry" markalı, 10 OS 016 dövlət nömrənişanlı avtomobil Ucar-Göyçay yolunun Xəlitli kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən qarşısına qəfil başqa maşın çıxıb. X.Məmmədov döngədən qəfil çıxan avtomobillə toqquşmamaq üçün maşını kənara çəkib və nəqliyyat vasitəsi idarəetmədən çıxaraq su kanalına düşüb. Sürücü hadisənin şokundan çıxa bilmədiyindən və qapılar kilidləndiyindən o, maşını tərk edə bilməyib və suda boğularaq ölüb.
 
Bildirilir ki, keçən ayadək Göyçay rayon Polis Şöbəsinin Pasport Qeydiyyat Şöbəsinin rəisi olan X.Məmmədov işində yol verdiyi nöqsanlara görə vəzifədən azad edilərək sərəncama götürülübmüş. 
 *****
Göyçay rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə saat 1:00 radələrində Göyçay-Ucar avtomobil yolunda qeydə alınıb. Rayonun Çayarxı kənd sakini, 1979-cu il təvəllüdlü Məmmədov Xəyal Xanlar oğlu özünə məxsus "Toyota Camry” markalı minik avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq su kanalına düşüb. Hadisə zamanı Xəyal Məmmədov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, Xəyal Məmmədov bir neçə il idi ki, Göyçay rayon Polis Şöbəsinin Pasport Qeydiyyat Şöbəsinin rəisi vəzifəsində çalışırdı və bir ay öncə işdən çıxarılmışdı.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
 
Aktual.az
Xəbər 2034 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR