İşğal Altındakı Ərazilərdə Yol İnfrastrukturuna və Nəqliyyat sisteminə ermənilər tərəfindən vurulmuş zərərlər

İşğal Altındakı Ərazilərdə Yol İnfrastrukturuna və Nəqliyyat sisteminə ermənilər tərəfindən vurulmuş zərərlər

Xankəndi Dəmiryol Vağzalı. İşğaldan sonra.

 

Ermənistan Respublikası tərəfindən işğala məruz qalmış Azərbaycanın ayrı-ayrı bölgələrində Yol İnfrastrukturuna və Nəqliyyat sisteminə vurulmuş zərərlərin dərindən və hərtərəfli təhlil olunmasıdır. Bu baxımdan hal-hazırda Azərbaycanın işğal olunmuş ərazilərindəki Yol İnfrastrukturuna və Nəqliyyat sisteminə dəyən zərərlərin qiymətləndirilməsi ilə bağlı aparılan araşdırmalar xüsusi əhəmiyyət kəsb edir.


Nəqliyyat-yol kompleksinin tərkib hissələri olan dəmir yolu, su, avtomobil, mülki hava nəqliyyatı, nəqliyyat sub sektorlarında vahid dövlət siyasətini formalaşdıran və həyata keçirən, sahələrarası münasibətləri tənzimləyən mərkəzi icra hakimiyyəti orqanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Nəqliyyat sahəsində inkişaf,tənzimləmə və idarəetmə funksiyalarını Nəqliyyat Nazirliyi və sahələr üzrə öz səlahiyyətləri çərçivəsində müvafiq dövlət orqanları həyata keçirirlər.
Təşkilati və tənzimləyici fəaliyyətlərin bölgüsünə keçidlə yanaşı inzibati idarəetmədən bazar iqtisadiyyatı şəraitində dövlət tənzimlənməsi sisteminə keçirilmiş, nəqliyyat fəaliyyətinin müəyyən dərəcədə hüquqi əsası yaradılmışdır. Bunun ən bariz nümunəsi – nəqlyyat-yol kompleksinin tərkib hissələri olan dəmir yolu, su, avtomobil, mülki hava nəqliyyatı sub sektorları avtomobil yolları sahələrində vahid dövlət siyasətini formalaşdıran və həyata keçirən, sahələrarası münasibətləri tənzimləyən mərkəzi icra hakimiyyəti orqanının – Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılmasıdır.


Azərbaycanın durmadan inkişaf etdiyi indiki dövrdə İşğal Altındakı Ərazilərdə Yol İnfrastrukturuna və Nəqliyyat sisteminə ermənilər tərəfindən vurulmuş zərərlər diqqətdən kənarda qala bilməzdi. Odur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 dekabr 2011-ci il tarixli, 3/2593 saylı razılıq məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli, 51s saylı sərəncamla yaradılmış "Azərbaycan Respublikası Ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu” tərəfindən, işğal olunmuş ərazilərdəki yol nəqliyyat sisteminə vurulmuş zərərlər 2015-ci ilin sonlarından müvəffəqiyyətlə həyata keçirilməyə başladı. Lakin təəsüf hissi ilə qeyd etmək lazımdır ki, 2016-cı ildə qrupun fəaliyyətinə qeyri-müəyyən səbəblərə görə Nazirlər Kabineti tərəfindən xitam verildiyinə görə bu iş yarımçıq dayandırıldı. 
Lakin buna baxmayaraq, İşğal Altındakı Ərazilərdə Yol İnfrastrukturuna və Nəqliyyat sisteminə ermənilər tərəfindən vurulmuş zərərlər barədə kifayət qədər ciddi məlumatlar toplanmışdır. Yol İnfrastrukturuna və Nəqliyyat sistemi barədə lazımi sənədlər, fotogörüntülər analiz edilmiş, hesablamalar aparılmış, yol təsərrüfatına və nəqliyyqt sisteminə dəyən birbaşa zərərin tam olmasada miqdarı müəyyənləşdirilmişdir.


Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycana dəymiş zərərlərin «Beynəlxalq Qiymətləndirmə Standartları»na, habelə «Münaqişələr və təbii fəlakətlər nəticəsində məruz qalınan itki və tələfatların hesablanması Standartları»na uyğun olaraq dəyən zərərlərin qiymətləndirilməsinə dair müvafiq metodologiya İşçi Qrupunun üzvləri tərəfindən işlənib hazırlanmış və Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının 21 may 2015-ci il tarixli XIV Beynəlxalq Konqresində təsdiq olunmuşdur. Bu sənədin ingilis, rus və türk dillərinə tərcümə edilməsi işlərinə qərar verilsədə, məlum səbəblərdən icrası mümkün olmamışdır.
Düşünürəm ki, real faktlara, "Beynəlxalq standart”lara əsaslanan və yetərincə qiymətli olan bu sənəd Azərbaycanın gələcəkdə Ermənistan qarşısında qaldıracağı təzminat tələbi üçün dəyərli mənbə olacaqdır.

 

 

Beləliklə, işğala məruz qalmış əırazidə avtomobil yollarının bazar dəyəri 2 016 798 490 manat təşkil edir.

 

 

 

(ardı var)


Faiq İsmayılov.
AMEA Hüquq və İnsan Haqları İnstitunun əməkdaşı.

Xəbər 1054 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR