İş adamının arvadı “Falçı Səkinə”yə 30 min pul verib - Məhkəmə

İş adamının arvadı “Falçı Səkinə”yə 30 min pul verib - Məhkəmə

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səkinə İsmayılovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib

"Report”un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Esmira Hüseynova ifadə verib.
O dindirilən zaman bildirib ki, təqsirləndirən S.İsmayılovanı 2014-cü ildən Təyminə Abdullayeva vasitəsi ilə tanıyıb: "Xəstəlikdən əziyyət çəkirdim və bunun üçün də Səkinə İsmayılovaya müraciət etdim. Səkinə İsmayılova da məni əllə müalicə edəcəkdi. Ona 10 manatdan artıq nağd pul və qızıl-zinət əşyaları verdim. Daha əvvəl Səkinəni mənə ekstrasens kimi təqdim etdilər. Evinə gedəndə kartla baxdığını gördüm”.

Onun sözlərinə görə, S.İsmayılova xəstəxanada ölüm ayağında olan qadının yanına gələrək xəstəyə nəsə edib: "Qadın ölüm ayağında idi. Çox əziyyət çəkirdi. Səkinə həmin xəstənin yanına gəlib nəsə etdi. Amma nə etdiyini bilmirəm. Sonra da həmin qadın öldü. Mənim özüm də xəstə idim. Mənim öləcəyimi də bildirdi. Pulu özümün və ana bətnində olan uşağımın müalicəsi üçün vermişəm. Mən Səkinənin yanına gedəndə həm də həkim müalicəsi alırdım”.
E.Hüseynova ifadəsində qeyd edib ki, iş adamı Barat Abdullayevin arvadı Təyminə Abdullayevanın "Falçı Səkinə”yə 20 min dollar verdiyinə şahidlik edib.
Təqsirləndirilən S.İsmayılova isə zərərçəkmişin dediklərini şər və böhtan adlandırıb.
Zərərçəkmiş E.Hüseynova isə S.İsmayılovaya etiraz edib: "Düzünü danış. Siz məni israrla çağırırdınız. Mənə "öləcəksən, gəl” dedin. Balam şikəst qaldı, məni sağaldardın da. Mən indi də xəstəyəm, sən Allahdan qorxardın, o kartları açıb bizi aldatmazdın. Artıq səndən heç nə istəmirəm, amma hər şeyi etiraf elə, məhkəmədə düzünü danış”.
Məhkəmənin növbəti iclası sentyabrın 29-na təyin edilib.
Xatırladaq ki, Təyminə Abdullayeva barəsində əri Barat Abdullayevin şikayəti əsasında cinayət işi açılıb.
B.Abdullayev şikayətində bildirib ki, arvadı birgə nikahdan olan yaşayış sahəsini satıb, pulunu ələ keçirmək istəyib. Bu məqsədlə yeni şəxsiyyət vəsiqəsini saxtalaşdırıb. Yeni şəxsiyyət vəsiqəsində ailəli yox, subay olduğunu yazdırıb. Həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirək ona 890 min manat məbləğində ziyan vurub.
B.Abdullayev şəxsi bizneslə məşğuldur. Onun Bakıda hotelinin, ticarət obyektlərinin olduğu bildirilir. B.Abdullayev həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib.
T.Abdullayeva ərinin dedikəri ilə razılaşmayaraq söyləyib ki, pullarını Səkinə İsmayılova adlı falçı ələ keçirib. S.İsmayılova ondan fala baxmaq adı ilə əvvəlcə 20 min, sonra isə 10 min manat pul alıb. Daha sonra onun evini banka girov qoyaraq pul götürüblər. T.Abdullayeva iddia edir ki, "falçı Səkinə” onun pullarını və əmlakını ələ keçirib.
T.Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Prokuror T.Abdullayevanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
T.Abdullayevanın işi davam edən ərəfədə S.İsmayılova da həbs edilib.
 
Aktual.az
Xəbər 1824 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR