İraqda İŞİD müftisi öldürüldü

İraqda İŞİD müftisi öldürüldü
  • DÜNYA

İŞİD müftisi İraq Hərbi-Hava Qüvvələrinin zərbəsi nəticəsində öldürülüb .

Aktual.az APA-ya istinadən xəbər verir ki, hadisə Rava şəhəri yaxınlığında qeydə alınıb. Məlumata görə, zərbələr nəticəsində İŞİD-in Anbar əyaləti üzrə müftisi Əbu əl Mühacir ölüb. Hücum nəticəsində onu müşayiət edən 2 terrorçu və bir neçə nəqliyyat vasitəsi məhv edilib.

İŞİD başçılarından biri olan Əbu əl Mühacir qruplaşmanın bölgədə fəaliyyətinə görə məsuliyyət daşıyıb. 
 
Aktual.az
Xəbər 38 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR