İraqa səfər edən azərbaycanlıların sayı artır

İraqa səfər edən azərbaycanlıların sayı artır

2017-ci ilin noyabrınadək İraqa səfər edən azərbaycanlıların sayı 15 min nəfərə çatıb.

Aktual.az  bildirir ki, bunu Trend-ə İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fadil Avad əl-Şüveyli deyib.
Onun sözlərinə görə, 2015-ci ildə İraqa 13,7 min, ötən il isə 14,3 min azərbaycanlı səfər edib və bu göstərici artmaqda davam edir.
Diplomat qeyd edib ki, bu amil İraq təhlükəsizlik qüvvələrinin beynəlxalq koalisiyanın dəstəyi ilə İŞİD terror təşkilatı üzərində qələbə qazanaraq ölkədə təhlükəsizliyi təmin etməsinin nəticəsidir.

İraqa səfər edən turistlərin təhlükəsizliyinin təmin olunması məsələsinə toxunan diplomat vurğulayıb ki, bu məsələ ölkə rəhbərliyinin nəzarətindədir və bir çox ölkə İraqın bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib.
Əl-Şüveyli həmçinin bildirib ki, İraq İŞİD-dən azad edilmiş ərazilərin bərpası layihələrinin reallaşdırılmasında xarici investorların iştirakını alqışlayır. O, Azərbaycan şirkətlərini İraqa investisiya qoymağa çağırıb.
 

Aktual.az

Xəbər 223 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR