İraq ordusu Telafərin azad edilməsi əməliyyatına başladı

İraq ordusu Telafərin azad edilməsi əməliyyatına başladı
  • DÜNYA

Bu gün İraq ordusu Telafər şəhərinin İŞİD terrorçularından təmizlənməsi əməliyyatına başlayıb.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, bunu İraq baş naziri Haydar əl-İbadi bəyan edib.
İraq baş naziri terrorçuların təslim olmaq və ölüm arasında seçim etmək imkanı olduğunu söyləyib.
Qeyd edək ki, türkmən şəhəri olan Telafər 2014-cü ildə İŞİD-in nəzarətinə keçib. Telafər İraqda İŞİD terrorçularının nəzarətində olan son böyük şəhərdir. Telafər Mosulla Suriya sərhədi arasında strateji mövqedə yerləşir.
 
Aktual.az
Xəbər 274 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR