İraq Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir

İraq Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir

Azərbaycan və İraq təhlükəsizlik və terrorçuluqla mübarizə sahəsində yaxşı münasibətlərə malikdir.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fazil Avad əl-Şuveyli mətbuat konfransında deyib.

Diplomat qeyd edib ki, ölkələr bu sahədə münasibətləri daha da genişləndirmək niyyətindədirlər.

O bildirib ki, İraq Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən terrorçuluqla mübarizədə göstərilən səyləri alqışlayır.
 
Aktual.az
Xəbər 281 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR