İrandakı zəlzələ təxminən 12 min evi dağıtdı

İrandakı zəlzələ təxminən 12 min evi dağıtdı
  • DÜNYA

İranın İraqla sərhədində baş vermiş, 400-dən çox insanın öldüyü güclü zəlzələ nəticəsində dağılan evlərin sayı təxminən 12 min qeyd olunub.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu rəqəmi İran üzrə Qızıl Aypara Cəmiyyətinin rəhbəri Morteza Salimi səsləndirib.
Daha öncə İranın mədəni irs və turizm naziri Əli Əsgər Munesan bildrimişdi ki, zəlzələ nəticəsində bir neçə tarixi abidə də dağılıb.

Qeyd edək ki, İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda son məlumatlara görə ölənlərin sayı 450-yə yaxın olub. Yaralıların sayı 7 mindən çoxdur.
 

Aktual.az 

Xəbər 30 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR