İranda zəlzələ – 80-dən çox insan xəsarət alıb

İranda zəlzələ – 80-dən çox insan xəsarət alıb

İranın cənub-qərbində yerləşən Kohgiluyə və Boyer-Əhməd ostanında baş verən zəlzələ nəticəsində 82 nəfər xəsarət alıb.


Bu barədə "Report” IRNA-ya istinadən xəbər verir.

Zəlzələ dünən yerli vaxtla gecə yarısı Yasuc şəhərini yaxınlığında baş verib. Zəlzələ ocağı 5 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində Yasucda elektrik təchizatı müvəqqəti olaraq pozulub.

Həkimlər hadisə yerində 71 nəfər yerli sakinə tibbi yardım göstərildiyini, 11 nəfərin xəstəxanaya yerləşdirildiyini bildiriblər.

Xatırladaq ki, keçən həftə Yasuc şəhərinin şimal-qərbində baş verən zəlzələ nəticəsində 133 nəfər xəsarət almışdı.

 
Aktual.az
Xəbər 348 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR