İranda sutka ərzində təxminən 170 yeraltı təkan qeydə alınıb

İranda sutka ərzində təxminən 170 yeraltı təkan qeydə alınıb

İranın qərbində 16 saat ərzində təxminən 170 yeraltı təkan qeydə alınıb.


"Report" TASS-a istinadən xəbər verir ki, bunu Kərmanşah ostanının Seysmologiya Mərkəzinin nümayəndəsi Fərhad Novruzi bildirib.

Onun sözlərinə görə, bazar günü baş verən 5,9 maqnitudalı zəlzələdən sonra ümumilikdə 165 seysmik tərəddüd qeydə alınıb.

Mütəxəssis qeyd edib ki, ötən ilin noyabrında baş verən və 620 nəfərin ölümünə səbəb olan 7,3 maqnitudalı dağıdıcı zəlzələdən sonra Kərmanşahda 3649 təkan qeydə alınıb.

 
Aktual.az
Xəbər 253 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR