İrana qarşı sanksiyalara dair qanun layihəsi təqdim edilib

İrana qarşı sanksiyalara dair qanun layihəsi təqdim edilib

ABŞ-ın nüfuzlu senatorları respublikaçı Robert Korker və demokrat Robert Menendes İrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan dair qanun layihəsini təqdim ediblər.

Aktual.az APA-ya istinadən xəbər verir ki, qanun layihəsi ballistik raketlərinin buraxılışını həyata keçirməsi və "nüvə sahəsi ilə əlaqəsi olmayan digər fəaliyyət növləri" ilə məşğul olması səbəbindən Tehrana qarşı sanksiyaların sərtləşdirilməsini təklif edir.

Məlumata görə, senatorların hazırladığı sənəd "altılıq" ölkələrinin İranın nüvə proqramı ilə bağlı əldə etdiyi razılaşma ilə heç cür kəsişmir.
 
Aktual.az
Xəbər 348 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR