İran öz hava məkanını bu ölkəyə verdi

İran öz hava məkanını bu ölkəyə verdi

İran Mülki Aviasiya Təşkilatı Qətərin "Qatar Airways” aviaşirkətinə öz hava məkanından istifadəsinə icazə verib.

Publika.az xəbər verir ki, bu haqda "Mehr” agentliyi bildirib.
Təşkilatdan bildirilib ki, cədvələ əsasən təhlükəsiz beynəlxalq uçuşların təşkili üçün bütün lazımı ölçülər həyata keçiriləcək. Daha əvvəl yayılan xəbərə görə, 8 ərəb ölkəsinin öz hava məkanını Qətərə bağlayandan sonra İran öz hava məkanında tranzit reyslərin 20 faiz artacağını gözləyir.
Qeyd edək ki, bazar ertəsi Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətərlə diplomatik əlaqələri kəsdiklərini bəyan etdi. Onlar qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə dəstək və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar. Ardınca Liviya, Yəmən, Maldiv adaları, Mavrikiy və Mavritaniya Qətərlə diplomatik əlaqələrin dayandırıldığını açıqlayıb. Ölkələr həmçinin hava məkanlarını Qətər üçün bağlı elan ediblər.
 
Aktual.az
Xəbər 326 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR