İran Xəzərdən 6 aya 5 min 600 ton balıq tutub

İran Xəzərdən 6 aya 5 min 600 ton balıq tutub

İran 6 ay ərzində Xəzər dənizindən 5 min 600 ton balıq ovlayıb.

Trend-in məlumatına görə, balıq ovunun həcmi ötən illə müqayisədə 5 faiz artıq olub.
Məlumata görə, ovlanan balıqlar arasında kütümün payı üstünlük təşkil edir. Belə ki, ötən ilin oktyabr ayından bu ilin aprel ayına qədər Xəzərdən tutulan 5600 ton balığın 3 min 819 tonu kütüm balığı, 1576 tonu isə kefaldır.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 12 faiz artıq kütüm balığı ovlanıb. Kefal balığı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il 8 faiz az tutulub.
Məlumata görə, balıq ovunda ümumilikdə 10 min nəfər iranlı balıqçı iştirak edib.
 
Aktual.az
Xəbər 579 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR