İran vətəndaşında narkotika aşkarlanıb

İran vətəndaşında narkotika aşkarlanıb

Gömrükçülər İran vətəndaşında narkotik vasitə aşkar edib.

Dövlət Gömrük Komitəsindən Aktual.az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində “Renault Megan” markalı minik avtomobili ilə sərnişin qismində Azərbaycana gələn İran vətəndaşı Meisam Ahmadi gömrük nəzarətindən keçərkən kinoloji xidmət iti onun çamadanına reaksiya verib. Bundan sonra onun əl yükünə baxış keçirilib.

M.Ahmadinin yükündə 4 ədəd bükümdə, ümumi xalis çəkisi 20,17 qram olan narkotik vasitə - həşiş aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Aktual.az

Xəbər 382 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR