İran Suriyaya raket zərbələri endirdi - Ölənlər var

İran Suriyaya raket zərbələri endirdi - Ölənlər var

İranın İŞİD-in Suriyadakı mövqelərinə raket zərbələri endirməsi nəticəsində azı 65 terrorçu məhv edilib.

Aktual.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə İslam İnqilabının Keşikçiləri Korpusunun yaydığı bəyanatda bildirilib.

Məlumatda qeyd olunub ki, terrorçuların Suriyadakı bazalarına ortamənzilli ballistik raketlərlə zərbələr endirilib. Ümumilikdə İŞİD bazasına altı raket atılıb. 

Rəsmi Tehran bəyan edib ki, zərbələr Suriya rəhbərliyi ilə razılaşdırılıb. 
 
Aktual.az 
Xəbər 353 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR