İran-İraq sərhədində ardıcıl üç zəlzələ baş verib

İran-İraq sərhədində ardıcıl üç zəlzələ baş verib
  • DÜNYA

İran-İraq sərhədində 4,3 bal gücündə zəlzələ baş verib.

Aktual.az xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yerli vaxtı ilə saat 03:33-də qeydə alınan yeraltı təkanların episentri İlam şəhərindən 70 km qərbdə, İraqın Məndəli şəhərindən 15 km cənub-şərqdə, ocağı 2 km dərinlikdə yerləşib.
Bundan əvvəl yanvarın 13-ə keçən gecə eyni ərazidə 4,6 və 3,9 bal gücündə üç zəlzələqeydə alınıb.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

***

İran-İraq sərhədində 4,6 bal gücündə zəlzələ baş verib.

APA-nın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.
Yeraltı təkanların episentri İranın İlam şəhərindən 72 km qərbdə, İraqın Məndəli şəhərindən 11 km şərqdə, ocağı 48 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Ötən il, noyabrın 12-də İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 500-dək insan həyatını itirib, 12 minə yaxını xəsarət alıb.

Xəbər 297 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR