İran Ermənistan mətbuatını TƏNQİD ETDİ

İran Ermənistan mətbuatını TƏNQİD ETDİ

İranın Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın bir sıra KİV-nin öz məqsədləri üçün sui-istifadələrə yol verməsini tənqid edib.

Aktual.az  xəbər verir ki, İranın XİN sözçüsü Bəhram Qasımi APA-ya bildirib ki, İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyində heç bir dəyişiklik baş verməyib: "Erməni mətbuatının öz məqsədləri naminə sui-istifadələrə yol verməsini qınayırıq.
 
Ötən bir neçə gün ərzində də Ermənistanın bir sıra KİV-i yenidən düzgün olmayan hərəkət edib, erməni mətbuatının bu addımı İranın XİN ekspertlərinin narahatlığına səbəb olub. İran Dağlıq Qarabağ probleminin həlli üçün yardım etməyə hazır olduğunu elan edən ilk ölkələrdəndir. İranın Azərbaycanla da yaxşı əlaqələri var və bu əlaqələri daha da inkişaf etdirməkdə maraqlıdır".
 
Aktual.az
Xəbər 352 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR