İran 11 sentyabr qurbanlarının yaxınlarına təzminat ödəməlidir – ABŞ məhkəməsi

İran 11 sentyabr qurbanlarının yaxınlarına təzminat ödəməlidir – ABŞ məhkəməsi

ABŞ-da Nyu-York məhkəməsi İranın 11 sentyabr terror aktının qurbanlarının yaxınlarına təzminat ödəməli olduğu barədə hökm verib.

Trend-in məlumatına görə, məhkəmə İran hakimiyyətini, İslam İnqilab Keşikçiləri Korpusunu və Mərkəzi Bankını 1008 nəfərin ölümü ilə əlaqədar təqsirli bilib.
Qərara əsasən hadisə zamanı həlak olanların həyat yoldaşlarına 12,5 milyon, valideyn və övladlarına 8,5 milyon dollar, bacı və qardaşlarına 4,25 milyon dollar təzminat ödənməlidir.
Hadisə qurbanlarının yaxınları 2004-cü ildə İran hökumətinə qarşı iddia qaldırmışdı.
 
Aktual.az
Xəbər 512 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR