İpoteka kreditləri 6 faizədək AZALACAQ

İpoteka kreditləri 6 faizədək AZALACAQ

Adi ipoteka kreditləri üzrə faiz dərəcəsi bir sıra banklarda 8 faizdən 7 faizədək azaldılıb.
 
İqtisadçı Vüqar Bayramov Modern.az-a bunun səbəblərini açıqlayıb. O qeyd edib ki, bunun əsas səbəbi son 2 ildə ipoteka kreditlərinə tələbin azalmasıdır:
"Bazardakı aşağı tələb ipoteka krediti faizlərinə təsir göstərməkdədir. Belə ki, mövcud qanunvericiliyə əsasən, adi ipoteka kreditləri üzrə maksimum faiz 8-dir. Bu isə o deməkdir ki, bankların bütün hallarda daha aşağı faizlə ipoteka krediti təklif etmək imkanları hər zaman olub. Sadəcə, son illərədək ipoteka kreditlərə marağın yüksək olması bankların maksimum faizlə kredit təklif etməsinə səbəb olurdu”.
Ekspert bildirib ki, yaxın zamanlarda adi ipoteka kreditləri üzrə faiz dərəcəsi 6 faizədək azalacaq:
"Bu isə o deməkdir ki, 25 il müddətinə 8 faizlə 150 min manat kredit götürən vətəndaşımız 1157 manat ödəməlidirsə, kredit faizi 7 olanda bu göstərəici 1060 manata, 6 faiz olanda isə 966 manatadək azalır.
Deməli, faizlərin 8-dən 7-dək enməsi maksimum məbləğdə kredit götürən şəxsin aylıq ödəniş məbləğinin 97 manat, 6-dək enməsi isə 191 manat azalması deməkdir. Kredit məbləği 75 min manat olanda isə 7 faizli kredit üzrə aylıq ödəniş məbləğ 535 manat, faiz 6 faizə düşəcəyi halda isə 480 manat olur".
Qeyd edək ki, aid ipoteka istiqrazları orta hesabla 3 faizlə yerləşdirildiyindən onların illik faizlərinin müvəkkil banklar tərəfindən daha da aşağı salnması imkanları var
 
Aktual.az
Xəbər 459 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR