"iPhone X"-in baha olmasının səbəbi açıqlandı


"Apple" korporasiyasının rəhbəri Tim Kuk "iPhone X" smartfonunun qiymətinin 1000 dollar olmasını məqbul hesab edir. 

Aktual.az lent.az-a istinadən xəbər verir ki, bu barədə o, ABC telekanalındakı teleşouda bildirib. 
"Bu, sizin əldə etdiyiniz texnologiya üçün məqbul qiymətdir”, - deyə Kuk qeyd edib. O deyib ki, bir çoxları telefonun dəyərini dərhal ödəmirlər və tədricən ödəniş edirlər. Bundan başqa, bir çox alıcılar öncədən istifadə etdikləri smartfonu satır, satıcılar isə onlara endirimlər edirlər.
Kuk "iPhone X”-dəki "Face İD” təhlükəsizliyindən də danışıb. O bildirib ki, bütün məlumatlar ancaq cihazın özündə saxlanılır və "Touch İD”-də olduğu kimi heç yerə yüklənmir. 
Qeyd edək ki, "iPhone X” smartfonu Rusiya və digər ölkələrdə noyabrın 3-də satışa çıxarılacaq. Oktyabrın 27-dən isə bu smartfona sifarişlərin qəbuluna başlanılacaq. Onun qiyməti 79 990 rubl və ya 2 333 manatdan başlayacaq.
 
Aktual.az
Xəbər 64 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR