"iPhone 8" smartfonlarının istehsalı başlayıb


Sosial şəbəkələrdə texnologiya məhsulları barədə məlumatları ilə məşhurlaşmış insayder Stiv Hemmerstoffer "Apple" şirkətinin yeni "iPhone 8" smartfonlarının istehsalına başladığını deyib.

Aktual.az "Trend”ə istinadən xəbər verir ki, o, bu barədə "Twitter" səhifəsində öz mənbələrinə istinadən yazıb.

Onun sözlərinə görə, istehsalat prosesi cədvələ uyğun davam edir, ona görə də yeni məhsul planlaşdırıldığı vaxtda təqdim olunacaq.

Bununla belə bir sıra mənbələr təqdimat mərasiminin gecikə biləcəyini deyir. Buna səbəb kimi OLED-ekranların çatışmazlığı göstərilir.

"iPhone 8"-in təqdimatının sentyabr ayında keçirilməsi planlaşdırılır. Bu smartfonların çərçivəsiz OLED-ekranlı olacağı gözlənilir.
 
Aktual.az 
Xəbər 409 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR