İntihar edən yazarın xanımı: “Məndən heç nə soruşmayın”

İntihar edən yazarın xanımı: “Məndən heç nə soruşmayın”

Tanınmış gənc yazar Mövlud Mövlud (Abdullayev) bu gecə intihar edib. Bu xəbər onu tanıyanları az qala şoka salıb.

Yazarın həyat yoldaşı, jurnalist Sevinc Fədai Modern.az-a açıqlamasında sarsıntı içərisində "məndən heç nə soruşmayın. Heç nə deyə bilmirəm” söyləyib.
Qeyd edək ki, hadisə martın 16-da gecə saat 02:00 radələrində rayonun 7-ci mikrorayonu, Axundov küçəsində baş verib. 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu həmin küçədə yerləşən 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. M.Abdullayev hadisə yerində dünyasını dəyişib. İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
 
Aktual.az
Xəbər 1088 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR