İnternetdə tanış olduğu qızla görüşdü, gizlicə videoya çəkdi, sonra... - ŞOK TƏFƏRRÜAT

İnternetdə tanış olduğu qızla görüşdü, gizlicə videoya çəkdi, sonra... - ŞOK TƏFƏRRÜAT

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Roland Abdıyevin barəsində olan hökmdən verilən kasasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Roland Abdıyev internetdə tanış olduğu Abşeron rayon sakini Sevda Mehdiyeva ilə (ad və soyad şərti verilib) yaxın münasibətdə olduqdan sonra əlindəki özəl görüntülərlə onu şantaj etməklə hədələyib.
Daha sonra qadın hüquq-mühafizə orqanlarına müraciət edib. Ötən ilin noyabr ayının 6-da Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qadından 100 manat alarkən Ağstafa rayon sakini Roland Abdıyev tutulub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Roland Abdıyev 7 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Roland Abdıyev apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Roland Abdıyevin apelyasiya şikayəti qismən təmin edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.
Yeni hökmə əsasən, Roland Abdıyevin 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 ilə endirilib.
Bu qərardan yenə də narazı qalan Roland Abdıyev kasasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.
Roland Abdıyevin kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.
Hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə Roland Abdıyevin kasasiya şikayətinin dəlilləri araşdırılıb.
Kasasiya şikayətini araşdıran hakim heyəti sonda qərar elan edib.
Qərara əsasən, Roland Abdıyevin kasasiya şikayəti təmin edilməyib.
 
Aktual.az
Xəbər 997 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR