“Instagram”dan şərhlərlə bağlı yenilik

“Instagram”dan şərhlərlə bağlı yenilik

"Instagram” sosial şəbəkəsinin "iOS” və "Android” mobil əməliyyat sistemləri üçün proqramı yenilənib. Əsas yenilik şərhlərin göstərilməsi ilə bağlıdır.

Aktual.az  ICTnews-a istinadən xəbər verir ki, yenilənmiş şərhlər daha əlverişlidir: indi kimsə şərhə cavab yazdıqda həmin cavab tam siyahıya deyil, həmin mesaja bərkidilir.

Bütün yeni cavablar qruplaşdırılacaq və onlara ayrı formada baxmaq mümkün olacaq. Həmçinin onlar bütün istifadəçilərə əlçatan olacaq.
 
Aktual.az
Xəbər 379 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR