İnsan beyni ilə kompüteri əlaqələndirəcək texnologiya hazırlanır

İnsan beyni ilə kompüteri əlaqələndirəcək texnologiya hazırlanır

ABŞ-ın "Tesla” və "SpaceX” özəl şirkətlərinin yaradıcısı, məşhur ixtiraçı, iş adamı İlon Mask (Elon Musk) yeni şirkət təsis edib

Lent.az-ın "The Wall Street Journal” qəzetinə istinadən verdiyi məlumata görə, "Neuralink” adlanan yeni şirkət insan beyni ilə kompüteri əlaqələndirəcək texnologiya işləyib hazırlayacaq.
 
Belə ki, şirkət insan beynindəki məlumatları hesablayaraq onları rəqəmli daşıyıcılara yazmağa imkan verən texnologiya hazırlayır. "Neyron krujeva” adlanan texnologiya elektrodların beyinə implantasiyasını nəzərdə tutur. Bununla insanlar hər hansı fiziki alət olmadan birbaşa kompüterə informasiya yükləyə biləcəklər. "Neuralink”in rəhbərləri gələcəkdə bu metodun bəzi xəstəlikləri, o cümlədən epilepsiya və iflici müalicə etməyə imkan verəcəyini də düşünürlər.
 
Layihə ilkin mərhələdədir. Artıq yeni şirkətə elektronika və insan beyni sahəsində mütəxəssis olan əməkdaşların cəlb olunmasına başlanıb.

Aktual.az
Xəbər 455 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR