Çinin Rusiyadan aldığı “S-400” geri qaytarılır

Çinin Rusiyadan aldığı  “S-400” geri qaytarılır
  • DÜNYA

Rusiyanın Çinə göndərdiyi "S-400” sistemlərini daşıyan gəminin fırtınaya düşməsi nəticəsində kompleks texniki zədə aldığı üçün geri qaytarılıb.
 
 Modern.az  xarici mediaya istinadən xəbər verir ki, sistem təmir edildikdən sonra yenidən Çinə göndəriləcək.
 
Qeyd edək ki, yanvarın 18-də Rusiyanın Çinə "S-400” Zenit-Raket Kompleksinin (ZTR) tədarükünə başladığı barədə məlumat yayılıb. İki ölkə arasında bununla bağlı saziş 2014-cü ildə imzalanıb.
 
Onu da qeyd edək ki, xarici ölkələr arasında "S-400” ZTR-inin ikinci alıcısı Türkiyədir. 2017-ci il dekabrın sonunda Rusiya və Türkiyə arasında iki ədəd "S-400” kompleksi ilə bağlı müqavilənin yekun sənədi imzalanıb.


Xəbər 403 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR