İnfarkt hansı hallarda baş verir?

İnfarkt hansı hallarda baş verir?

Miokard infarktını yaşayan qadınlarda kişilərə nisbətən ölüm halı daha çoxdur. Bunun səbəbi isə araşdırmanın kifayət qədər aparılmaması və keyfiyyətsiz müalicədir. Nəyə görə qadınlar da kişilər kimi müalicə ala bilmir - bu, araşdırmaçılara məlum deyil.

Bu barədə Sidney Universitetinin kardioloqları araşdırma aparıb.
Milli.Az xəbər verir ki, araşdırmanın nəticələri "Avstraliya Tibb Jurnalı"da nəşr edilib.

Qadın və kişilərdə infarktın əsas səbəbi ürək-damar xəstəlikləridir. Tibbi ədəbiyyatlarda dəfələrlə infarkt nəticəsində qadınlarda ölüm hallarının çox olması barədə qeydlər olub. Ancaq bu statistikanın niyə indiyə qədər dəyişməz olaraq qalması, qadınlarda ölüm hallarının çox olması tibbə məlum deyil.

Həyat yoldaşını ilk altı ay ərzində itirən şəxslərdə isə infarkt riski 41% daha çoxdur.

Bu barədə araşdırmanın rəhbəri psixoloq Kris Faqundes bildirib. Bu onu göstərir ki, itki, güclü stress insan sağlamlığına güclü təsir göstərir. Hətta bu hal ölümlə də nəticələnə bilər.
 
Aktual.az
Xəbər 1528 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR