Çində SARI TƏHLÜKƏ

Çində SARI TƏHLÜKƏ
  • DÜNYA

Çin paytaxtının meteoroloji idarəsinin məlumatına əsasən, güclü duman səbəbindən oktyabrın 7-də Pekində sarı təhlükə səviyyəsi elan olunub.

Axar.az xəbər verir ki, təhlükə səviyyəsi oktyabrın 8-i səhər saatlarına qədər qüvvədə olacaq, lakin hava şəraitindən asılı olaraq onun müddəti uzadıla bilər.
Şəhərin bəzi rayonlarında görüntünün 500 metrə qədər azaldığı bildirilir. Şəhər rəhbərliyi əhalini yollarda diqqətli olmağa çağırıb. Hava limanlarına, dəmiryol, avtomobil, dəniz nəqliyyatı və digər nəqliyyat xidmətlərinə təhlükəsizlik tədbirlərini gücləndirmək tapşırılıb.
Hələlik Pekinin beynəlxalq "Şoudu” hava limanında reyslərin ləngiməsi və ya ləğv olunması barədə məlumat verilmir.
 
Aktual.az
Xəbər 932 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR