Çin özünün yeni Vikipediyasını hazırlayır

Çin özünün yeni Vikipediyasını hazırlayır

Türkiyədə Vikipediyaya girişin bağlanması Çinin 2011-ci ildə qəbul etdiyi qərarı gündəmə gətirib.

Publika.az xəbər verir ki, Çin dünyaca məşhur Vikipediyaya rəqib olacaq ensiklopediya hazırlayır.
"Mədəni Çin Səddi" olaraq tanınan Çin ensiklopediyası onlayn istifadəyə hazırlanır. Çin ensiklopediyası ilk dəfə 1993-cü ildə nəşr olunub. 2011-ci ildə isə ensiklopediyanın onlayn sistemə köçürülməsi qərarlaşdırılıb. Məşhur ensiklopediya ən son keçən ay yenilənib.
Mütəxəssislər qeyd edirlər ki, Çin özünün yeni vikipediyasını yaradacaq, hansı ki, bu, yerli firmalar tərəfindən hazırlanan Baidu və Qihu 360 kimi onlayn ensiklopediyalarla yanaşı, dünya şöhrətli Vikipediyanı da geridə qoyacaq.
Layihəyə Çinin Dövri Nəşrlər Birliyinin sədri Yang Muzhi rəhbərlik edəcək.
 
Aktual.az
Xəbər 339 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR