Çin iqtisadiyyatında artım son 8 ildə ilk dəfə sürətlənib

Çin iqtisadiyyatında artım son 8 ildə ilk dəfə sürətlənib
  • DÜNYA

Çin iqtisadiyyatının 2017-ci ildə artım tempi 2010-cu ildən ilk dəfə sürətlənib və 6,9% təşkil edib. "Report” "Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu məlumatı Çin Statistika Bürosu yayıb.

Məlumatda bildirilib ki, Çin iqtisadiyyatının 2016-cı ildə 6,7%-lik iqtisadi artım tempinin 2017-ci ildə sürətlənərək 6,9%-ə çatmasına səbəb ixracın genişlınməsi, büdcə gəlirlərinin artması, ev təsərrüfatlarının gəlirlərinin yüksəlməsi və korporativ mənfəətin artması amilləri ilə bağlı olub.
Qeyd edək ki, 2016-cı ildə Çin iqtisadiyyatı son 26 ilin ən minimal səviyyəsində artım göstərib.
Bununla yanaşı bildirilir ki, 2017-ci ildə əsas kapitala investisiyalar 7,2% artaraq 18 ilin minimal səviyyəsinə enib.
Xatırladaq ki, IV rübdə Çin iqtisadiyyatı illik müqayisədə 6,8% artıb.
Xəbər 382 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR