Ağdam rayonunda intihar hadisəsi olub.
"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Çəmənli kəndində baş verib.
Kənd sakini, 2001-ci il təvəllüdlü Rzayev Qığılcım Habil oğlu yaşadığı evin həyətində yerləşən tövlədə özünü asaraq intihar edib.
İlkin məlumata görə, o, ali məktəbə qəbul olmaq üçün rayonda fəaliyyət göstərən hazırlıq kurslarından birinə gedirmiş. Q.Rzayev kurs imtahanında aşağı bal topladığı üçün intihar edib.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
Aktual.az
Xəbər 415 dəfə oxunub.