İmişlidə yol qəzasında bir nəfər ölüb

İmişlidə yol qəzasında bir nəfər ölüb

İmişlidə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, rayon mərkəzində "VAZ” markalı, "15 BB 387” dövlət nömrə nişanlı avtomobillə İmişli sakini, 1957-ci il təvəllüdlü Cəbrayılov Əbülfət İsməli oğlunun idarə etdiyi "DAEWO” markalı, "30 BH 109” dövlət nömrə nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində "VAZ” markalı avtomobildə olan sərnişin, ağır bədən xəsarətləri alan 1932-ci il təvəllüdlü Şahbazov Nəriman Sədi oğlu hadisə yerində ölüb.

Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır.
 
Aktual.az
Xəbər 420 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR