İmişlidə ağır qəza: 1 ölü, 8 yaralı

İmişlidə ağır qəza: 1 ölü, 8 yaralı

İmişli rayonunda baş vermiş yol qəzası ilə bağlı bəzi təfərrütalar məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün İmişli şəhəri A. Şadlınski küçəsində Sarıxanlı kənd sakini, 1970-ci il təvəllüdlü Əsədov Babək Behbud oğlu idarə etdiyi 90-BB-693 dövlət nömrə nişanlı, "VAZ 2107” markalı avtomobillə Şahverdili kənd sakini, 1995-ci il təvəllüdlü Əmirov Elton Məmmədağa oğlunun idarə etdiyi "Mercedes” markalı, 90-SG-519 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Nəticədə "VAZ 2107” markalı avtomobilin sürücüsü hadisə yerində ölüb, sərnişinlər - Sarıxanlı kənd sakinləri, 2007-ci il təvəllüdlü Əsədov Rəşad Babək oğlu, 1959-cu il təvəllüdlü Babayev Pencalı Feyruz oğlu, 1990-cı il təvəllüdlü Babayeva Leyla Pencalı qızı, 1963-cü il təvəllüdlü Babayeva Minarə Behbud qızı, 1995-ci il təvəllüdlü Fərzalızadə Coşqun Mahir oğlu, "Mercedes” markalı avtomobilin sürücüsü və sərnişinləri - Məmmədli kənd sakini, 2011-ci il təvəllüdlü Rəhimli Yusif Zahid oğlu, sərnişini, 1988-ci il təvəllüdlü Əhmədov Nail Mail oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

***

İmişlidə yol-nəqliyyat hadisəsi baş verib.


APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayon mərkəzindəki Koroğlu küçəsində "Mercedes” markalı 90 SG 519 dövlət nömrə nişanlı avtomobillə "VAZ 2107” markalı 90 BB 693 dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər 495 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR