İmişli və Gəncədə yanğın olub

İmişli və Gəncədə yanğın olub

İmişli və Gəncədə gecə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Aktual.az-a  verilən məlumata görə, Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli, 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları 80 kvadratmetr sahədə və ona bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi sahəsi 250 kvadratmetr olan birmərtəbəli, 4 otaqlı evin dam örtüyü 2 kvadratmetr sahədə yanıb.

Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın İmişli şəhərində baş verib.

İmişli şəhərində vətəndaşa məxsus ümumi sahəsi 96 kvadratmetr olan birmərtəbəli, 3 otaqlı evin konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 05:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
Aktual.az
Xəbər 334 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR