İllərdir küsülü idilər, bir jestlə barışdılar

İllərdir küsülü idilər, bir jestlə barışdılar

İki məşhur rəqqasə: Oksana Rəsulova ilə Fatimə Fətəliyeva barışıb.

Aktual.az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən həftə "Maşın" şouda Aqil M. Quliyevin tamaşaçı səsverməsinə çıxan zaman hədəfinin Rəsulova olduğunu bildirib. 

Aqilin bu addımından sonra Fatimə illərdir ki, küsülü olduğunu həmkarı ilə bağlı İnstaqram-da post paylaşıb. O, hər kəsi Oksanaya dəstək olmağa çağırıb.

Sözügedən paylaşımdan sonra Rəsulova canlı yayımda onun jestinə cavab verib. Murad Dadaşov deyib ki, iki istedadlı rəqqasənin hələ də küsülü olduğunu anlaya bilmir. 

Oksana isə "Mənə gözləmədiyim insanlar dəstək oldu. Onlardan biri də Fatimə Fətəliyeva idi. Çox sağ olsun, təşəkkür edirəm" deyərək həmkarına barışıq mesajı göndərib.  
 
Aktual.az
Xəbər 707 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR