İlin əvvəlindən büdcəyə daxilolmaların mənbəyi açıqlandı

İlin əvvəlindən büdcəyə daxilolmaların mənbəyi açıqlandı

Cari ilin doqquz ayında dövlət  büdcəsinin mədaxili 12045,1 mln. manat,  xərcləri 12783,7 mln. manat olub, 783,6 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.

Maliyyə Nazirliyindən Aktual.az-a verilən məlumata görə, bu ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 12019,0 mln. manat proqnoza qarşı  12045,1 mln. manat və ya 0,2 faiz çox icra olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1942,0 mln. manat və ya 19,2% çoxdur.
Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,1% icra edilməklə, dövlət büdcəsinə 5224,8 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 298,5 manat və ya 6,1% çoxdur. Həmin vəsaitin 73,2%-i və ya 3825,8 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.
2017-ci ilin doqquz ayında Dövlət Gömrük Komitəsi proqnoza 117,8% əməl edərək, dövlət büdcəsinə 1950,4 mln. manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 296,6 mln. manat və ya 17,9% çoxdur.
Dövlət Neft Fondundan dövlət büdcəsinə 4300,0  mln. manat  vəsait daxil olub ki, bu da proqnoza nisbətən 275,0 mln. manat və ya 6,0% azdır.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən  daxilolmaları 246,7 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 53,8 mln. manat və 27,9% çoxdur.
Sair daxilolmalar üzrə büdcəyə 323,2 mln. manat, bundan 250,0 mln. manat vəsait Mərkəzi Bankın sərbəst mənfəətindən transfert şəklində daxil olub.
Cari ilin iyul-sentyabr aylarında dövlət büdcəsinin mədaxili üzrə 4320,3 mln. manat vəsait daxil olub.
 
Aktual.az
Xəbər 410 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR