"İlham Əliyevin rəhbərliyi ilə Qarabağda böyük meqalayihəni icra edilir"


Bu gün Azərbaycan dövləti azad edilmiş ərazilərdə böyük bir meqalayihəni icra edir. Qarabağın ərazisi Livan dövlətinin ərazisinə bərabərdir. Kifayət qədər böyük bir ərazidən söhbət gedir. Nəzərə alsaq ki, 30 ilə yaxın bir müddətdə düşmən bu ərazilərdə urbisid, ekosid, total etnik təmizləmə həyata keçirib, mədəni, tarixi abidələrimiz məhv edilib. 9 şəhərimiz yer üzündən silinib. Əlbəttə ki, bu əraziləri sıfırdan bərpa etmək dünyada analoqu olmayan bir layihədir.

Bunu Trend-ə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

E.Hüseynov bildirib ki, bərpa prosesində ən vacib məsələ ciddi planlaşdırmanın aparılmasıdır: "Qarabağ Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman igidlərimizin qanı, canı bahasına işğaldan azad edilib. Ona görə də bu ərazilərin yenidənqurulmasında bizim hər hansı yanlışlığa, səhlənkarlığa yol verməyə mənəvi haqqımız yoxdur. Təbii ki, biz qabaqcıl beynəlxalq təcrübə ilə də maraqlanırıq. Eyni zamanda ciddi və planlı şəkildə əlaqələndirməni həyata keçirməliyik. Bu istiqamətdə Azərbaycan dövlətinin ortaya qoyduğu yanaşma təqdirəlayiqdir, bunun özü bir yenilikdir”.

E.Hüseynov onu da qeyd edib ki, prosesin idarəolunması özünəməxsusdur və bu, əksər xarici ölkələri maraqlandırır: "Xarici qonaqlar azad edilmiş ərazilərə səfərlər edərkən buradakı dağıntıları, erməni vandalizmini öz gözləri ilə görürlər, eyni zamanda Azərbaycan dövlətinin həyata keçirdiyi nəhəng layihələri izləyərək heyrətlənirlər. Azad edilmiş ərazilərdə bərpa-yenidənqurma işləri birbaşa olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və şəxsi nəzarəti altında həyata keçirilir. Bizim də borcumuz odur ki, dövlət başçısının qarşımızda qoyduğu vəzifələri yüksək peşəkarlıqla həyata keçirək”.

E.Hüseynov müsahibə zamanı həmçinin Ağdamda, Füzulidə, Suqovuşanda və digər ərazilərdə aparılan hazırkı bərpa işlərindən, yaxın aylarda icrasına başlanacaq digər böyük layihələrdən danışıb. Prezidentin nümayəndəsi eyni zamanda minatəmizləmə prosesi, avtomobil yolu, dəmiryolu, su, işıq, qaz xəttlərinin çəkilməsi, ağıllı kəndlərin, digər sosial infrastruktur obyektlərinin tikintisi üzrə prosesin detallarını açıqlayıb.
Xəbər 518 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR