İlham Əliyev Yuşenko ilə görüşdü

İlham Əliyev Yuşenko ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Ukraynanın keçmiş Prezidenti Viktor Yuşenkonu qəbul edib.

Aktual.az xəbər verir ki, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Qlobal Bakı Forumunun əhəmiyyətindən danışılıb, tədbirin beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyi vurğulanıb.

Forumda siyasi, iqtisadi, təhlükəsizlik, multikulturalizm və digər məsələlərin kompleks şəkildə müzakirə olunmasının önəmi qeyd edilib.

Xəbər 431 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR