İlham Əliyev “Yeni Gəncə” yarımstansiyasının açılışında

İlham Əliyev “Yeni Gəncə” yarımstansiyasının açılışında

Azərbaycan prezidenti İlham Əliyev Gəncəyə səfəri çərçivəsində 2x40 meqavat-amper (mVA) gücündə 110/35/10 kilovoltluq (kV) "Yeni Gəncə” yarımstansiyasının açılışında iştirak edib.

Aktual.az-ın məlumatına görə, "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev görülən işlərlə bağlı dövlət başçısına ətraflı məlumat verib.
Bildirilib ki, Gəncə şəhərinin mərkəzi hissəsinin 30 faizdən çoxunun elektrik enerjisi ilə təminatında 110/35/10 kV-luq "Yeni Gəncə” yarımstansiyası mühüm əhəmiyyətə malikdir.
Eyni zamanda, "Yeni Gəncə” yarımstansiyasından çıxan 10 kV-luq "Yeni Gəncə” və 10 kV-luq IV "Yeni-Gəncə” hava xətlərindən 30 min abonent elektrik enerjisi ilə təchiz olunur.
Dövlət başçısı yarımstansiyanı işə salıb.
"Yeni Gəncə” yarımstansiyasının ətrafı abadlaşdırılıb və yaşıllıq zolaqları salınıb.
Stansiya ilə tanışlıqdan sonra xatirə şəkli çəkdirilib.

Aktual.az
Xəbər 313 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR